Metroda qatarların hərəkətində problem yaranıb

"Bakı Metropoliteni"ndə qatarların hərəkətində problem yaranıb. Bu gün səhər saat 08:26-da metronun “Həzi Aslanov” - “Dərnəgül” xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda nasazlıq yaranıb.
 
Maide.az-ın məlumatına görə, bir neçə qatarın "28 may" stansiyasından "İçərişəhər" stansiyasına getməsi platformada olan sərnişinlərin narazılığı ilə qarşılanıb. Yüzlərlə sərnişin platformada qalıb.
 
Elmlər Akademiyası metro-stansiyasında yaşanan sıxlıq vətəndaşlardan bəzilərinə pis təsir edib.
Bu barədə Feysbuk sosial şəbəkəsində istifadəçilərdən biri yazıb: "Qatar 10 dəqiqəlik tuneldə qalıb, bu da sərnişlər arasında qarışıqlığa səbəb olub.Elmlər Akademiyası metro-stansiyasının qarşısına 1 dəqiqədə 2 təcili yardım maşını gəldi. Sıxlığa görə, ürəyi gedənlər var".
 
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi N. Paşayevin sözlərinə görə, metronun "Nizami" - "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib: "Sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb".
 
N. Paşayev qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.
Qatarların hərəkət qrafikində nasazlığın baş verməsi hələki məlum deyil.
 
Qeyd edək ki, son günlər belə hadisələrin baş verməsi təbii hala çevrilib.

Google+ WhatsApp ok.ru