Metro işçiləri tətil etdi, 900 min sərnişin sərgərdan qaldı

Metro işçiləri tətil etdi, 900 min sərnişin sərgərdan qaldı

 İngiltərənin paytaxtı Londonda metro işçilərinin tətili 900 min sərnişinin sərgərdan qalmasına səbəb olub. 
 
Maide.Az “Daily Mail”-a istinadən xəbər verir ki, London metrosunun lokomotiv maşinistlərinin tətilinə görə, yeni il qabağı gündəlik 300 min sərnişin problemlə üzləşir. 
 
Tətil artıq 3 gündür ki, davam edir və 3 gün ərzində 900 min nəfər məqsədə çatmaq üçün problemlərlə üzləşiblər. 
 
Tətilə səbəb hökümətin smart lokomotivlərdən istifadə etmək üçün verdiyi qərardır. Bu qərar icra olunarsa minlərlə lokomotiv maşinisti işsiz qalacaq.  
 
 
 

Google+ WhatsApp ok.ru