Mettisin istefasına nə səbəb oldu? - Açıqlama  - YENİLƏNİB

Mettisin istefasına nə səbəb oldu? - Açıqlama - YENİLƏNİB

ABŞ-da daha bir nazir vəzifədən gedir

 
ABŞ müdafiə naziri Cim Mettis vəzifədən gedəcəyi ilə bağlı məktub yayımlayıb.
 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, nazir işləmək üçün verdiyi fürsətə görə prezident Donald Trampa təşəkkür edib və etdiyi xidmətə görə qürur duyduğunu bildirib.
 
28 fevral 2019-cu ildə səlahiyyət müddətinin başa çatacağını deyən Mettis, yeni nazir müəyyənləşənə qədər keçid müddətində bütün dəstəyini göstərəcəyini vurğulayıb.
 
Mettis vəzifədən getməsinə Trampla fikir ayrılıqlarının səbəb olduğuna da işarə vurub:
 
“ABŞ-ın əsl gücü müttəfiqləri ilə münasibətlərindədir. Müttəfiqlərə hörmət etmədən öz mənafeyini qoruya bilməz. Çin və Rusiyaya qarşı münasibətimizdə qərarlı və qəti olmalıyıq. Sizin bu məsələlərdə öz düşüncələrinizə daha yaxın bir müdafiə naziri ilə işləmək haqqınız var. Buna görə də mənim vəzifədən ayrılmağım doğru olacaq”.
 
Qeyd edək ki, Mettisin Trampın ABŞ əsgərlərini Suriyadan çıxarmaq qərarına qarşı olduğu və bu səbəbdən istefa etdiyi iddia edilir.
 
***
ABŞ müdafiə naziri Cim Mettis gələn ilin fevralın sonunda vəzifəsindən ayrılaraq pensiyaya çıxacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Tvitterdəki hesabında məlumat yayıb.
 
O qeyd edib ki, Mettisin dövründə yeni hərbi avadanlıqların alınması istiqamətində böyük irəliləyiş əldə edilib. Tramp müttəfiq ölkələrin hərbi öhdəliklərini yerinə yetirməsi məsələsində də Mettisin çox kömək etdiyini vurğulayıb və etdiyi xidmətlərə görə ona təşəkkür edib.
 
ABŞ prezidenti yeni müdafiə nazirinin yaxın zamanda elan ediləcəyini də bildirib.
 
Qeyd edək ki, ötən həftə ABŞ-ın daxili işlər naziri Rayan Zinke də istefa verib.

Google+ WhatsApp ok.ru