MEYSƏM TƏMMAR

MEYSƏM TƏMMAR

İmam Əlinin (ə) məktəbi insanlar üçün tərbiyə məktəbidir. Təkamül və kamal istedadı olan kəs Əmirəlmömininin uca şəxsiyyəti nurunda cana gəlir, dirilirdi. Bu insan mənəvi cəhətdən çiçəklənir və insaniyyət meracına ucalırdı. Nə çox imamın (ə) vilayət və hidayət çeşməsində ruhunu paka çıxaranlar! Onlar batinlərini zinətləndirdilər, özlərini Allaha fəda etdilər. Bütün bunlar onların düşüncəsinin dərinliyindən, əzəmətli imanlarından, haqtələblik-lərindən, allahpərəstliklərindən və ixlaslarından danışır.

Söhbətimiz Meysəm Təmmar haqqında-dır. Mənəvi dəyər, doğru yol, cihad, səbr və yəqin axtarışında olanların yaxşı tınıdığı bu ilahi insan haqqında danışacağıq! Meysəm Həzrət Əliyə (ə) onun ədalətinə, dininə, fəzilətlərinə görə aşiq idi. Bu eşqi doğuran həzrətin (ə) kamillik mücəssəməsi olması, “Qurane-natiq”, danışan Qur`an kimi tanınması, eynən dinin özü olmasıdır. Meysəmin Əlini (ə) sevməsi əslində haqqı sevməsidir. Onun qəlbindəki haqq sevgisi iman və əqidəsindən, bəsirət və agah-lığından qaynaqlanır.

Meysəmin bariz çöhrəsinin tanınması bizi həqiqi dinin siması ilə daha yaxından tanış edir. Haqqın danışan dili, Əmirəl-mömininin (ə) vəfalı dostu olan bu şəxsin bioqrafiyası bizi Qur`an və İslam məktəbinin tərbiyəvi dəyərlərinə yaxınlaşdırır. Əli (ə) məktəbinin bu şagirdinin həyatı və iftixarlı şəhadəti bizim üçün başdan-başa ibrətdir. Bu bəhrəli həyat elm və ilham mənbəyi, yetərli bir nümunədir.

Bu Əli (ə) şiəsi, haqq davamçısı, fəzilət yolunun şəhidi olan insanın cazibəli şəxsiyyəti o qədər parlaqdır ki, neçə əsrlərdir ədalət və azadlıq aşiqlərini ilhamlandırır. Azadlıq, şərafət, həqiqət aşiqləri arasında Meysəmi tanımayanlar azdır.

Kufənin adi zəhmət adamlarından olan Meysəm uca iman, əzəmətli ruha malik idi. Bu iman və ruh, misilsiz fədakarlıq və dözüm ona əbədilik verdi, Meysəm müsəlmanlar üçün nümunəyə çevrildi. O öz adı ilə İslam tarixinin səhifələrini bəzədi. Meysəm müqəddəs İslam ayinləri üçün iftixarlı bir sənəddir. Bəşəriyyətə belə bir insanın təqdim olunması İslam məktəbinin fəxridir.

Bir sözlə, Meysəmi tanımaq lazımdır. Bu tanışlığın davamında həqiqətə ardı-cıllıq və itaət dayanır. Bu kiçik müqəddimədən sonra onunla tanışlığın sorağına gedək. Meysəm bizi çağırır. Onun yatmışları oyadan fəryadlı səsi tarixin qulağında dalğalanmaqdadır.

 

Google+ WhatsApp