Meyvə-tərəvəz yemək ovqatı yüksəldir 23 Fevral 2017 02:00 Sağlamlıq Alimlərin fikrincə, hətta az miqdarda meyvə-tərəvəz yemək ovqatı yüksəldir. İki həftədən sonra nəticəni müşahidə etmək mümkündür. AZƏRTAC “Aktualnıye novosti” saytına istinadla xəbər verir ki, alimlərin apardığı tədqiqatda könüllülərə 14 gün ərzində iki əlavə porsiya meyvə-tərəvəz verilib. Tədqiqatda iştirak edən 171 adam üç qrupa bölünüb. Birinci qrupdakı adamlara onların adət etdiyi yemək rasionu, ikinci qrupa meyvə-tərəvəz almaq üçün kupon, üçüncü qrupa isə bişirilməmiş meyvə-tərəvəzdən ibarət əlavə porsiya verilib. Yaxşılaşma yalnız üçüncü qrupda müşahidə edilib, çünki ikinci qrupdakı adamlar meyvəni alıb və ondan yemək hazırlamaq üçün istifadə ediblər. Məktəblilər, tələbələr daim faydalı qidalanmalıdırlar. Həmçinin yeməkdə meyvə-tərəvəzdən istifadə etmək insanın psixi sağlamlığını sabitləşdirir, tonusu artırır, ovqatı yüksəldir. Teqlər : #Meyvətərəvəz yemək ovqatı yüksəldir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb” Mədə qıcqırmasının səbəbləri və təbii çarələri
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir