Meyvə və tərəvəz ixracı neft məhsullarının ixracını üstələyib

Meyvə və tərəvəz ixracı neft məhsullarının ixracını üstələyib

Bu ilin səkkiz ayında Azərbaycan xaricə 310,5 min ton meyvə və tərəvəz ixrac edib ki, bu da 2016-cı ilin müfaviq dövründən 63,5% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
 
İxracın həcmi dəyər ifadəsində ötən ilin həmin dövrünün göstəricisini 42,7% üstələyib.
 
DGK-nın göstəricilərinə əsasən həcmə görə meyvə və tərəvəz ixracı ( $269,5 mln.) neft məhsullarının ixracını $44,6 mln. üstələyir. Bu il Azərbaycan ölkə xaricinə 583,6 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ildə olduğundan 41% azdır.
 
Qeyri-neft ixracı strukturunda meyvə və tərəvəzin xüsusi çəkisi 28% təşkil edir.
 
İxrac artımı ölkə daxilində meyvə-tərəvəzin qiymətinə təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən qiymətlər bir neçə faiz artıb. (contact.az) /

Google+ WhatsApp ok.ru