Müftilər şurasının sədri: `Rusiyada ictimai İslam kanalına ehtiyac var`

RF müftilər şurasının sədri belə bir təkliflə çıxış edib

Rusiyada ictimai İslam kanalına ehtiyac var.

ANS PRESS-in məlumatına görə, bu barədə RF müftilər şurasının sədri Ravil Qaynutdin bildirib.

Onun sözlərinə görə İslamı neqativ baxımdan göstərirlər, ölüm və terrorla əlaqələndirirlər. “Biz amma İslamı mədəniyyət, humanist, mənəvi olan öz dəyərləri ilə göstərərdik”- deyə müftilər şurasının sədri aydınlıq gətirir.

O qeyd edib ki, islam qaydaları digər dünyəvi dinlərin qaydaları ilə eynidir, xüsusən xristianlıq və iudazmlə uyğun gəlir və buna görə də İslama səmavi din deyilir.

Qaynutdinin sözlərinə görə telekanal rusiyalılara “həqiqi təməli, idealogiyanı, humanist dəyərləri, mənəviyyat və İslam əxlaqını” göstərə bilərdi.

Qeyd edək ki, Rusiya müftilər şurasının sədri Tatarstan paytaxtında 5-11 sentyabradək keçəcək Kazan Beynəlxalq müsəlman kinosu festivalının onuncu ildönümü ilə əlaqədar Kazana səfəri zamanı bu təklifi edib.

Hazırda Rusiya Muftilər şurası uşaqlar üçün islamı başa salan bir çox cizgi filmlərinin yaradılması və smartfonlar üçün İslam əlavələri üzərində işlər görür. /

Google+ WhatsApp ok.ru