Mühəmməd peyğəmbər (ə.s)-ın uşaqlıq dövrünə dair film hazırdır

Türkiyə və İran kinematoqrafları Məhəmməd Peyğəmbərin (s) ın uşaqlıq həyatından bəhs edən filmi  yayına hazırlayırlar.
 
İran rejissor və ssenaristi Məcid Məcidinin çəkdiyi "Məhəmməd" filmi  hazırdır. Film "Əbraha ordusu" və "Fil" əhvalatları ilə başlayır. Filmin ümumi büdcəsi 30 milyon dollardır.
 
Türkiyə yazarı İhsan Kabil filmdə bəzi yerlərdə animasiya və aksiyan səhnələrdən istifadə olunduğunu söyləyib. Peyğəmbərlə bağlı əvvəlki filmlərdə  olduğu kimi bu filmdə də sifəti göstərilmir. Gecə və gündüz səhnələrində Məkkə şəhəri yer alır. Mühəmməd Peyğəmbərin (s) 12 yaşınadək olan dövrünü əhatə edən filmin dünya premyerası avqustun 12-də 39-cu Montreal Beynəlxalq Film Festivalında reallaşacağı gözlənilir.

Google+ WhatsApp ok.ru