Bəqərə, 49. Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən – oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

İmam Hüseyn (ə) buyurur:
“Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”



Mişel Aun: “İsrail rejiminin boşboğazlığı mühüm deyil”

-- Amma əgər ....

Tarix : 13-02-2018 07:42

Livanın prezidenti Mişel Aun Misirə aid “On Live” televiziya kanalına müsahibəsində İsrail rejiminin təhdidlərinə təhdidlə cavab verib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, prezident Mişel Aun İsrail rejiminin Livana qarşı təhrikçi açıqlamalarına belə reaksiya verib: “İsrail rejimi bizim torpaqlarımızda divar inşa etməməlidir. Bu mövzudakı ixtilaf həll olunmalıdır. İsrail rejimi özünü irqçi bir quruma çevirdi. Bugünkü həll yolları ərəb xalqları ilə sülhə aparan deyil”.
 
Livandakı daxili bütövlüyü möhkəmləndirməklə Suriya müharibəsinin dağıdıcı təsirlərinin Livana sirayət etməsinə mane olduqlarını bildirən Aun, Amerikanın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması qərarı ilə bağlı belə danışıb: “Görərsiniz sürpriz bir proses olar və bu baş verməz”.
 
Mişel Aun İsrail rejimi ilə Livan arasında kəskin mübahisələrə səbəb olan Aralıq dənizindəki 9-cu blok kimi adlandırılan neft sahəsilə əlaqədar olaraq isə bunları söyləyib: “İsrail rejiminin fitnəkar boşboğazlığınn Livan üçün bir əhəmiyyəti yoxdur. Amma əgər bunu tətbiq etmək mərhələsinə keçirsələr, yeni bir müharibə başlayar”.
 
İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman Blok-9 neft sahəsinin onlara aid olduğunu və buraya heç kəsin toxunmasına imkan verməyəcəklərini söyləmişdi.
 
Hizbullah da Libermanın bu hədələyici açıqlamasına baş katib Seyid Həsən Nəsrullahın 2011-ci ildə etdiyi çıxışı ilə cavab verib: “Kim, gələcəkdə Livanın dənizlərdəki neft və qaz obyektlərinə toxunmağa cəhd etsə, biz də onların obyektlərinə toxunarıq. Onların özü də Livanın bunu etməyə qadir olduğunu çox yaxşı bilir”.
 
Qarşılıqlı təhdidlər üzərində BMT-nin Livandakı müvəqqəti qüvvələri (UNIFIL) gərginliyi aşağı salmağa çalışdı, ABŞ dövlət katibi Tillersonun müşaviri Devid Satterfild də Livana gəldi.
 
Əl-Məyadin televiziyasının xəbərinə görə, Devid Satterfild Livana Blok-9 neft sahəsinin bölüşdürülməsini, buradan çıxacaq neftin 2/3-nin Livana, 1/3-nin də İsrail rejiminə verilməsini təklif etdi. Livan isə bu təklifi rədd etdi. 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:06
07:27
12:54
18:37
00:14
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

21-02-2018 05:04