Ümid Partiyası seçki kampaniyasında pozuntulardan şikayətlənir

Ümid Partiyası yerli hakimiyyət orqanlarının imzatoplama  kampaniyasına müdaxilə etdiyini bildirib.
 
Belə ki,   icra hakimiyyətlərinin tapşırığı ilə Ümid Partiyasından olan namizədlərə imza vermiş şəxslər sonradan yerli icra nümayəndələrinin qəzəbinə tuş gəlir, onlardan zorla öz  imzalarından imtina etməsi tələb olunur. Bəzi rayonlarda namizədin imza vərəqələrinin cırılaraq məhv edilməsinə, qaçırılmasına cəhdlər edilir.   Beyləqan , Gədəbəy, Sabunçu, Yevlax, Ağsu, Qazax və  bir sıra başqa rayonlarında xüsusi olaraq bu cür hallara rast gəlinir.
 
Beyləqanda Ümid Partiyasının namizədinə imza vermiş şəxslərə, onların qohumlarına təzyiq başlayıb. Namizədə imza  vermiş şəxslərdən aldadılaraq imza alındığı barədə bəyanat vermələri tələb olunur.
 
Ümid Partiyası  bu qanunsuz hərəkətləri pisləyərək bildirir ki, bu cür hadisələrin baş verməsi indidən seçkinin qeyri-demokratik, qeyri-bərabər və qeyri-şəffaf  şəkildə keçiriləcəyindən xəbər verir.

Google+ WhatsApp ok.ru