Mikayıl Cabbarov İranın təhsil naziri ilə görüşüb

UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov İranın təhsil naziri Əli Əsgər Fani ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən xəbərə görə, İran prezidentinin qonşu ölkələrlə ikitərəfli münasibətlərə önəm verdiyini bildirən və təhsil əlaqələrinə toxunan iranlı nazir azərbaycanlı həmkarını ölkəsinə dəvət edib.
 
İki ölkə arasındakı tarixi əlaqələrdən danışan M. Cabbarov təhsil sahəsindəki münasibətlərə toxunaraq ötən il Bakı Dövlət Universitetinin 95 illik yubileyinə Tehran Universitetinin rektorunun dəvət olunduğunu və bu səfər çərçivəsində iki ali təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalandığını diqqətə çatdırıb. O, 2007-ci ildə qəbul olunan xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanı qazandıqlarını vurğulayıb.
 
Azərbaycanlı nazir təhsil sektorunda əməkdaşlığın birgə müzakirəsini təklif edərək iranlı həmkarına onu ölkəsinə dəvət etdiyinə görə təşəkkürünü bildirib.

Google+ WhatsApp ok.ru