Mikayıl Cabbarov rüşvətxor direktoru işdən qovdu – VİDEO

Nazirlik bir neçə gün ərzində araşdırma aparıb.
 
Təhsil Nazirliyi rüşvətxor məktəb direktorunu vəzifəsindən azad edib.
 
Fikrət Məhərrəmov adlı şəxs Oxu.Az-a məktub göndərib. 
 
Məktubda bildirilib ki, Hacıqabul rayonunun Talış kəndinin məktəb direktoru müəllimlərdən və şagirdlərdən rüşvət tələb edir.
 
F.Məhərrəmov məktəb direktorunun qanuna zidd hərəkətləri ilə bağlı görüntüləri də redaksiyamıza təqdim edib.
 
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, bir neçə gün ərzində məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticəsi olaraq, nazirlikdən Oxu.Az-a daxil olan məlumata görə, Hacıqabul rayon Talış kənd tam orta məktəbinin direktoru tutduğu vəzifədən azad olunub.


Google+ WhatsApp ok.ru