İmişli-Beyləqan magistral yolunda qəza olub, bir nəfər ölüb, üçü yaralanıb

İmişli-Beyləqan magistral yolunda qəza olub, bir nəfər ölüb, üçü yaralanıb

İmişli - Beyləqan magistral yolunda iki avtomobil toqquşub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə nəticəsində 3 nəfər yaralanıb, 1 nəfər ölüb.
 
Yaralılardan ikisi - 1989-cu il təvəllüdlü Quliyev Cəbrayıl Vaqif oğlu, 1989-cu il təvəllüdlü Şirinov Yasin Bayram oğlu İmişli Rayon Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru