Millət vəkili: `Ermənilər ancaq yalandan ağlamaq, göz yaşı tökmək, yalvarmaq hayındadırlar` 16 Fevral 2015 02:00 Münasibət “Ermənistanın digər başbilənləri, baş naziri də, müdafiə və xarici işlər naziri də, çoxları Serj Sarkisyanın günündədir və onun kimi fikirləşir. Vəhşilik, satqınlıq etdiklərindən qürur duyurlar”. Bunu millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, onlar alçaq əməllərini, həyasızlıqlarını gözə soxmaqdan, əldə olan faktları saxtalaşdırmaqdan, üzə durmaqdan belə çəkinmirlər: "Ermənistanın hakim dairələri işğal olunmuş Azərbaycan torpaqlarında təxribat törədən, sərhədi keçməyə çalışan erməni əsgərlərinin öldürülməsini və yaxud helikopterin vurulmasını ermənilərə edilən təcavüz kimi şişirdib beynəlxalq aləmə təqdim etməkdən belə utanmırlar. Şüvən qoparan, hay-həşir salan Ermənistan rəhbərləri, eləcə də siyasətçiləri, sıravi erməni hansı torpaqda, hansı şəraitdə Ermənistan əsgərinin başlarının əzilməsinin fərqində deyillər. Onlar ancaq yalandan ağlamaq, göz yaşı tökmək, yalvarmaq hayındadırlar." Teqlər : #Millət vəkili: `Ermənilər ancaq yalandan ağlamaq,#göz yaşı tökmək,#yalvarmaq hayındadırlar`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Toyxana və yasxanalarda niyə heç nə dəyişmədi? Türmədə dustağı döyüb öldürən nəzarətçilər niyə cəzalanmır?