Milli Azərbaycan Tarixi Muzeyində ‘Quran’ kitabının rus dilinə qədim tərcüməsi - FOTO

Milli Azərbaycan Tarixi Muzeyində ‘Quran’ kitabının rus dilinə qədim tərcüməsi - FOTO

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Kitabxanasının Nadir kitablar fondunda müqəddəs "Qurani-Kərim"in rus dilinə qədim tərcüməsi - "Koran Maqometa" əsəri saxlanılır.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, muzeydən  bildirilib ki, "Quran" polşalı mühacir, şərqşünas alim Alber (Albin) de Biberşteyn Kazimirski tərəfindən 1864-cü ildə ərəb dilindən fransız dilinə tərcümə olunub.
 
Müəllif kitabda Məhəmməd peyğəmbərin bioqrafiyasını da təqdim edib. Kitab rus dilinə tərcümə edilərək 1865-ci ildə Moskvada çap olunub. Əsər İslam dini və tarixi ilə maraqlananlar üçün əhəmiyyətli mənbədir.
 
 

Google+ WhatsApp ok.ru