`Milli Mənəvi Dəyərlər` İctimai Birliyinin sədrindən Təhsil nazirinə açıq məktub

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin Sədri Ruhullah Novruzzadə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova açıq məktub yazıb

MMDİB-nin mətbuat xidmətindən İslamazeri.az-a məktubun nüsxəsi göndərilib.
Məktubu təqim edirik:
"Cənab Mikayıl Cabbarov,
Vaxtınızın məhdud olduğunu nəzərə alaraq sizə nəzərimdə tutduğum məsələni uzatmadan bildirmək qərarındayam.
Bildiyiniz kimi sizdən öncə postunuzda vəzifədə olan Mərdanov Misirin nazirlik dönəmində dindar kəsim böyük haqsızlıqla üzləşdi. Belə ki, hicabın islamda olan zəruriliyini bilə-bilə orta məktəblərdə qadağan edildi. Bu qısaca o demək idi ki, “Ya islamından keç ya təhsilindən”. Başqa sözlə desək “İslamçısansa təhsildən, təhsil almaq istəyənsənsə islamdan uzaq olmalısan”. Ən azı biz belə anladıq. Hətta bu problemə görə öz ölkə daxili azərbaycanlı qardaşlarımız həbs edildi və bu zamana qədər də şəraitləri dəyişməz olaraq qalır, bəzən isə dahada pisləşir. Hər halda sizdən istədiyimiz onların işi ilə maraqlanmanız deyil. Sizdən istəyimiz və bir vətəndaş kimi tələbimiz elə təmsil etdiyiniz postla əlaqədardı.
Qeyd etmək istəyirəm ki, Mərdanov Misirin dönəmində yaşanan ajiotaj yenədə davam etməkdədir. Bir halda ki, bunun olmadığını həm prezident öz sözlərində, həm də, siz öz əməllərinizlə bildirmisiniz (yüksək bal toplamış hicablı xanımla görüşməyiniz). Biz vətəndaş və təşkilat olaraq bir neçə məktəbə müraciət etmişik. Demək olar ki, yalnızca Bakı şəhərində zənnimcə 50% məktəblər buna izn vermir. Sözləri isə budur ki, keçmiş nazirin dönəmində məktəbli forması təsdiqlənib və o nizamnaməmizdə olan o formaya hicab daxil deyil. Nazirliyin qaynar xəttilə dəfələrlə əlaqə saxlasaqda bu qadağanın olmadığını vurğuladılar. Lakin məktəblər bizim sözümüzə qane olmurlar və bunun rəsmi olaraq bildirilməyini tələb edirlər. Sizdən istəyimiz bu məsələyə aydınlıq gətirməyinizdir.
Yəni;
1.Təhsil nazirliyinin məktəblərdə hicab qadağası var ya yox?
2.Yoxdursa, məktəblərin bildirdiyi söz həqiqətdir ya yox? (Məktəb üçün təsdiqlənən nizamnaməyə hicab daxil deyil).
3.Yox, həqiqət deyilsə bunu rəsmi olaraq bildirməyinizə mane olan nədir?
4.Bunu məktəb drektoru özü qadağna etmə səlahiyyətinə malikdirmi? Əgər malikdirsə - Sizin məktəblərə rəsmi olaraq nazirliyin hicab qadağasının olmadığını bildirməyinizdən sonra - yenədə hicablı xanımları təhsildən məhrum etsələr biz qadağanın siz tərəfdən deyil onlar tərəfindən olduğunu anlamış olacağıq və sizi bu barədə bir daha narahat etməyəcəyik.
Ümüd edirik ki tezliklə bu problem öz həllini tapacaq və sizinlə fotoları yayılmış yüksək bal toplamış hicablı bacımız kimi digər xanımlarda təhsildən uzaq qalmayacaqlar.
 
Hörmətlə:  
"Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri
Ruhullah Novruzzadə
11.11.2014." /

Google+ WhatsApp ok.ru