Milli Məclisin payız sessiyasında ilk iclasının gündəliyi açıqlanıb

Azərbaycan Milli Məclisinin sentyabrın 30-da keçiriləcək payız sessiyasında ilk iclasının gündəliyi dəqiqləşib.
 
Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 39 məsələ daxildir.
 
Gündəlikdə Cinayət, İnzibati Xətalar məcəllələrinə, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” və daha bir neçə qanuna dəyişikliklər, dövlətlərarası sazişlərin təsdiqi, o cümlədən yeni “Publik şəxslər haqqında” qanun layihəsi var.
 
Qeyd edək ki, bu, Milli Məclisin IV çağırışda son sessiyasıdır, noyabrın 1-də parlamentə V çağırış seçkilər keçiriləcək. 

Google+ WhatsApp ok.ru