Milli Məclis Əli Əsədovun Baş Nazir təyin edilməsinə razılıq verib - YENİLƏNİB

Milli Məclis Əli Əsədovun Baş Nazir təyin edilməsinə razılıq verib - YENİLƏNİB

Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.
 
İclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.
 
Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.
 
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

***

Bu gün, oktyabrın 8-də Milli Məclisin iclasında Əli Əsədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacağı gözlənir.

Bu barədə Milli Məclisin saytı məlumat yayıb.

Ümumilikdə parlamentin gündəliyinə 14 məsələ daxil edilib.

Azərbaycanın hazırkı Baş naziri Novruz Məmmədov ötən il aprelin 21-dən bu postdadır.

Ə.Əsədov hazırda prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini işləyir.

Google+ WhatsApp ok.ru