Millimiz Çexiya yığmasına böyük hesabla qalib gəldi

Millimiz Çexiya yığmasına böyük hesabla qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunan Avropa Liqasının super final mərhələsində növbəti qələbəsini qazanıb.

Millimiz Çexiya yığmasını 5:1 hesabı ilə məğlub edib. Orxan Məmmədovun, Elvin Quliyevin hərəyə bir dəfə, Ramil Əliyevin isə iki dəfə fərqləndiyi matçda bir avtoqol qeydə alınıb. Gərgin mübarizə şəraitində keçən oyunda Çexiya komandasının yeganə qolunu avtoqolun müəllifi Yaroslav Kovarik vurub.

Yığmamız avqustun 28-də Macarıstan komandası ilə qarşılaşacaq. (azərtac) /

Google+ WhatsApp ok.ru