Millinin oyunundan qayıdan azarkeş körpüdən yıxıldı - Vəziyyəti ağırdır

Bakıda bədbəxt hadisə baş verib.
 
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən körpüdə qeydə alınıb. Belə ki, həmin stadionda keçirilən matçdan (Azərbaycan-Portuqaliya) çıxan gənc azarkeş ehtiyatsızlıqdan həmin körpünün üzərindən yıxılıb. 
 
Ciddi travmalar alan gənc xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
 
Polis hadisə yerində araşdırma aparır, onun kimliyi araşdırılır.

Google+ WhatsApp ok.ru