Milli Şuranın mitinqi. Polislə qarşıdurmada saxlananlar var - VİDEO- FOTO

Milli Şuranın mitinqi. Polislə qarşıdurmada saxlananlar var - VİDEO- FOTO

Milli Şuranın bu gün “Məhsul” stadionunda keçirdiyi “Monarxiyaya son”, “Talana son” şüarlı aksiyasından sonra peşə borcunu yerinə yetirən əməkdaşımız Təzəxan Mirələmli çevik polis alayı tərəfindən saxlanılıb. Onu 28-ci polis bölməsinə aparıblar. Onu da qeyd edək ki, aksiyadan sonra bir sıra başqa jurnalistlər və aksiya fəalları da saxlanılıb.
 
Sentyabrın 17-də saat 17:00 radələrində Milli Şuranın “Məhsul” meydanında keçirdiyi mitinq başa çatandan sonra polislə mitinq iştirakçıları arasında qarşıdurma yaranıb.
Nəticədə 30-a qədər şəxs saxlanılıb. Saxlanılanlar arasında Azadlıq Radiosunun əməkdaşları, “Turan” agentliyinin əməkdaşı Fərid Arifoğlu da var.
 
Polis partiya fəallarını da saxlayıb. Müsavat Gənclər təşkilatının üzvü Ayxan Hacıbəyli də polis tərəfindən saxlanılıb.
 
Polislər blogger Meyman Hüseynova da hücum edib, zərbələr endiriblər. Amma o sərbəst buraxılıb.(azadliq.org/ azadliq.info / meydantv)
 
 
 
 
 
 
 
 
 
 

/ / /

Google+ WhatsApp ok.ru