Milli Şuranın mitinqi başa çatıb - FOTO

Milli Şuranın mitinqi başa çatıb - FOTO

-- Oktyabrın 28-i “Talana yox” şüarı ilə mitinq keçrilib

Bu gün, oktyabrın 28-i Demokratik Qüvvələrin Milli Şurası “Talana yox” şüarı ilə mitinq keçirib.  Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərindən iqtisadçı Vahid Məhərrəmli, hüquq müfdafiəçisi Oqtay Gülalıyev, keçmiş millət vəkili Gültəkin Hacıbəyli, eləcə də siyasi məhbus ailələri adından Qiyas İbrahimin anası Şura İbrahimova, gənclər adından AXCP Rəyasət Heyətinin üzvü Emil Səlimov və sonda AXCP lideri Əli Kərimli çıxış edib. Milli Şuranın sədri Cəmil Həsənli mitinqdə iştirak etməyib, çünki xaricdə səfərdədir.
 
Mitinq ərazisində internet olmadığı üçün mitinqdən operativ video və fotolar yaymaq mümkün olmayıb.
 
Bakı şəhər Baş Polis İdarəsinin də rəhbərliyi bəyan edib ki, aksiya ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb.
 
Milli Şura hələ, sentyabr ayından Bakıda etiraz aksiyalarına başlayıb. Bundan əvvəl, sentyabrın 23-ü və oktyabrın 7-də qurumun mitinqləri olub. Həmin aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib.  (azadliq.info)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru