Milli Şuranın üzvü sərbəst buraxılıb - Foto

“Yalçın Qəhrəmanoğlu mayın 31-də aeroport polisində saxlanılıb və iyunun 1-də buraxılıb”.
      
Bunu “Turan”a jurnalist Əvəz Zeynallı bildirib.
 
Onun sözlərinə görə, Y.Qəhrəmanoğlu elə aeroportdakı polisdə saxlanılıb. Saxlanılmasına səbəb kimi “stop” qoyulması göstərilib. “Amma Y.Qəhrəmanoğlu özü də bilmir ki, “stop”un qoyulması nə ilə bağlıdır. Y.Qəhrəmanoğlu qayıdanda saxlalnılıb-saxlanılmayacağı da məlum deyil”.
 
Ə.Zeynallı deyib ki, Y.Qəhrəmanoğlu anasının hüzr məclisinə qatılıb, ona qarşı polisdə hər-hansı kobud davranış olmayıb.
Y.Qəhrəmanoğlu mayın 31-də Kiyevdən Bakıya anasının hüzründə işitrak etmək üçün gəlib. Aeroportda saxanılıb. Onun saxlanılmasının səbəbi bəlli olmayıb. Y.Qəhrəmanoğlu Milli Şuranın üzvüdür. Son 5 ili Kiyevdə yaşayır. /
 
 

 

Google+ WhatsApp ok.ru