`Milyard manatlar belə Azərbaycanın bank sektorunu xilas edə bilməz`

`Milyard manatlar belə Azərbaycanın bank sektorunu xilas edə bilməz`

“Milyard manatlar belə Azərbaycanın bank sektorunu xilas edə bilməz”
 
“Exo” qəzetinin məqaləsi belə adlanır.
 
“Azərbaycanın bank sektorunu heç kəs xilas etmək istəmir, nə beynəlxalq maliyyə qurumları, nə də Azərbaycan hökuməti özü. Amma bu uzun müddət davam edə bilməz, belə ki, mili iqtisadiyyat “yerində sayır” və hökumət “xilas kəməri”ni atmalı olacaq. Bank sektoruna birbaşa hökumətdən maliyyə dəstəyi olmayıb. Burada Azərbaycan Beynəlxalq Bankı istisnadır, hökumət bu bankın xarici öhdəliklərini öz üzərinə götürməyə razılaşıb”, - ekspert Natiq Cəfərli ölkənin bank sistemindəki durumu qəzetə bu cür şərh edir.
 
Ekspert hökumətin kommersiya banklarına dəstək verməməsini iki səbəblə izah edir. Onun qənaətinə, buna səbəb ya bank sektorunun sağlamlaşdırılması üçün büdcədə pulun olmaması, ya da dövlətin bazarda ancaq güclü oyunçuları saxlamaq istəməsidir.
 
Azərbaycan Beynəlxalq Bankının taleyini xatırladan Natiq Cəfərli deyir ki, bu bank güclü kredit portfelinə, dövlət dəstəyinə malik idi və əgər, belə bir bank “yaşamağı” bacarmadısa, hökumət müdaxiləsi olmadığı halda, qalan kredit təşkilatlarının aqibətinin həll olunduğunu söyləmək olar.
 
Ekspertə görə, problemin mürəkkəbliyi təkcə hökumətin dəstək verməməsində deyil, həm də beynəlxalq maliyyə institutlarının sağlamlaşdırma üçün vəsait ayırmağa hazır olmamalarındadır, çünki Azərbaycan banklarının reytinqləri əhəmiyyətli dərəcədə aşağı düşüb. /

Google+ WhatsApp ok.ru