Milyonlarla adamın toplandığı ərazidə tikinti işləri aparılmaz

Ayətullah Şeyx Nasir Məkarim Şirazi Məkkədə baş vermiş dəhşətli faciə ilə bağlı Səudiyyə hökumətini tənqid edib.
Maide.az İQNA-ya istinadən məlumat verir ki,  İslam aləminin tanınmış təqlid mərcələrindən olan ayətullah Məkarim Şirazi hadisədən təəssüf hissi keçirdiyini bəyan edib, din alimi hadisə nəticəsində ölənlərə rəhmət, yaralanan insanlara isə şəfa diləyib.
 
Ayetullah Məkarim Şirazi bildirib ki, Səudiyyə Ərəbistanı həcc mərasimini idarə edə bilmir: "Hansı sağlam ağıl icazə verər ki, milyonlarla adamın toplandığı bir ərazidə onlarla kran tikinti işləri aparsın? Ümumiyyətlə, "Məscidül-həramın" ətrafında ondan dəfələrlə hündür binaların tikilməsi yaxşı hal deyil."
 
Ayətullah Məkarim Şirazinin sözlərinə görə, Səudiyyə hökuməti müqəddəs məkanları sanki öz mülkləri hesab edir və bu məkanlarla öz şəxsi əmlakı kimi rəftar edir.
Qeyd edək ki, sentyabrın 11-də Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb./

Google+ WhatsApp ok.ru