Milyonlarla insan eyni şifrəni istifadə edir

Maide.az xəbər verir ki, gizlilik üçün yaradılan şifrələr üzərində araşdırma aparan qurumlardan biri olan Kanada Ontario Üniversiteti tətqiqatçıları 32 milyon şifrəni incələyərək istifadəçilərin seçimlərini sıralayıblar. Texnologiya dünyasında piratlıq və şəxsiyyət oğurluğuna qarşı mübarizə üçün vizual hesab şifrələrimizi tez-tez dəyişdirməyimiz istənilir. Bir çoxlarımız üçün daha bir yeni kəliməni yadda saxlamaq çətinləşir. İstifadəçinin xatırlamalı olduğu şifrə sayı ortalama 24 ədəddir. İstifadəçilərin 43 faizi birdən çox hesaba giriş etdiyi üçün eyni şifrəni istifadə edir. İstifadəçilərin 34 faizi isə xatırlanması asan olan şifrələrə üstünlük verirlər. 66 faizlik bir bölüm kompüter tərəfindən təklif edilən qarışıq alqoritimləri seçir. Əslində bu seçdiyimiz şifrələr aşkarlanması asan olan bir quruluşa malikdir.
 
Piratların sevdiyi şifrələrin 17 faizi ad günləri, 10 faizlik bir bölümü isə soy adlarından ibarətdir. İstifadəçilərin 9 faizi ev heyvanlarının adlarını şifrə olaraq istifadə etməyi seçir.
 
Bəs şifərlərimizi xatırlamadığımız zaman nə baş verir? Araşdırma nəticələrinə görə hər birimizin özümüzə xas xatırlama metodları vardır. İstifadəçilərin 71 faizi şifrəsini əzbərləyərkən, 12 faizi kompüter və ya telefonda qeyd edir, 10 faizi istifadəçi isə dəftərə və ya kitaba qeyd edir. 7 faizlik səviyyədə olan çox dəqiq və titiz istifadəçilər isə xüsusi proqramlardan istifadə edərək şifrələrini mühafizə edirlər. Dünyada ən çox istifadə edilən şifrələr isə bunlardır: ‘123456’, ‘Master’ və’Jesus’. 

kayzen.az

Google+ WhatsApp ok.ru