Milyonlarla  zəvvar Kazimeyndə

Milyonlarla zəvvar Kazimeyndə

-- `Proqnozlarımıza görə İmam Kazim (ə) hərəminin zəvvarlarının sayı 10 milyon nəfərə çatacaq`

İraq polisi Bağdadda Kazimeynə gedən zəvvarların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb.
 
Maide.Az xəbər verir ki, Rəcəb ayının 25-i (aprelin 12-si) İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü gününə təsadüf edir. Bu münasibətlə İraqdan və digər müsəlman ölkələrindən Kazimeynə gedən zəvvarların sayı artıb.
 
Müqəddəs Kazimeyn ziyarətgahının sözçüsü Şeyx Ədi Kazimi deyib ki, ötən iki gün ərzində milyonlarla Əhli-beyt (ə) aşiqləri Bağdad və İraqın müxtəlif bölgələrindən piyada Kazimeynə gəliblər. Sonda bildirib ki, proqnozlarımıza görə İmam Kazim (ə) hərəminin zəvvarlarının sayı 10 milyon nəfərə çatacaq.
 
Şeyx Ədi Kazimi İraq polisi və Haşdu-Şabinin könüllülərdən ibarət qüvvələrinə zəvvarların təhlükəsizliyinin təmini üçün öz  təşəkkürünü bildirib. “Haşdu-Şabi könüllülərdən ibarət qüvvələri ilə nəqliyyat, locistika, yol polisi könüllüləri arasında  zəvvarların təhlükəsizliyinin təmini üçün kordinasiyalı işlər görülüb. 
 
İmam Kazim (ə) hicrətin 127-ci ilində Mədinədə düyaya gəlmişdir. İmam Kazim (ə) ömrünün böyük hissəsini zindanda keçirmiş və hicri 183-cü ildə Abbasi xəlifəsi Harun ər-Rəşidin əmri ilə zəhərlənərək şəhadətə qovuşmuşdur.
 
İmamın (ə) mübarək məzarı İraqda Kazimeyn şəhərindədir.

Google+ WhatsApp ok.ru