Min illik məscidin qalıqları tapıldı

Min illik məscidin qalıqları tapıldı

BƏƏ-nin  “əl-Eyn” şəhərində min illik tarixi olan məscidin qalıqları kəşf edilib.
 
Maide.Az "İQNA"a istinadən xəbər verir ki, yeni kəşf edilmiş məscid bu ölkədəki ən qədim məscid hesab edilir.
 
BƏƏ-nin Mədəniyyət və Turizm Nazirliyinin arxeoloqları bu məscidin qalıqlarını əl-Eyn şəhərinin “Şeyx Xəlifə məscidi”nin tikildiyi yerin yaxınlığında aparılan qazantılar zamanı tapıb.
 
Məscidin tarixi Abbasilər xilafətinin ilk dövrlərinə aiddir. Qədimi bir çayın yaxınlığında tapılan bu məscidin qalıqları göstərir ki, məscid üç hissədən ibarət olub və çiy kərpicdən tikilib.
 
Məscidin mehrabı, məscidin iç və çöl divarında divardaxili taxçası və dəstəmaz almaq üçün küpələrin də qalıqları aşkarlanıb. Küpə qalıqlarının tarixi hicri-qəməri ili ilə 3-cü və 4-cü əsrə aiddir.  
 

Google+ WhatsApp ok.ru