Minada baş verən faciədən sonra 365 iranlı zəvvar itgin düşüb

Minada baş verən faciədən sonra 365 iranlı zəvvar itgin düşüb, onlar öz hotellərinə geri dönməyib. Bunu İranlı hacıların başçısı höccətül-İslam Seyyid Əli Qazi Əsgər  deyib. 
Maide.az xəbər verir ki, Ə.Qazi Əsgər  deyib ki, bu faciədə 131 iranlı zəvvar həlak olub. “İranlı zəvvarlar hotellərinə geri dönməyiblər, geri dönməmələri onların ölməsi demək deyil, çünki ola bilsin həcc əməllərini təkmilləşdirməklə məşğuldurlar”. 
O deyib ki, ötən gecəyədək itgin düşən iranlı zəvarların sayı 395 zəvvar idi, sevindirici haldır ki, onların bir hissəsi geri qayıtdı. “ Ümid edirik xəstəxanaları araşdırdıqca itgin düşən şəxslərin sayı daha da azalar”/
 
 

Google+ WhatsApp ok.ru