Minada baş verən izdihamda ölən iranlı zəvvarların sayı 464 nəfərə çatıb

Minada baş verən izdihamda ölən iranlı zəvvarların sayı 464 nəfərə çatıb. Maide.az xəbər verir ki, bunu İranın Həcc və Ziyarət təşkilatı elan edib. 
İranın Həcc və Ziyarət Təşkilatı başsağlığı müraciəti edib. Başsağlığı müraciətində bildirilir: “Bəqiyyətullah Əzəm (əc) həzrətlərinə, Ali Lider Ayətullah Xameneiyə, İran xalqına və Minada baş verən qəmli faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlı veririk. 7 gündür ki, bu narahatedici hadisədən keçir və gecə-gündüz Məkkə, Ciddə, Taef, Mina, Ərəfat və digər yerlərədə olan bütün xəstəxanalar və tibb ocaqlarına baxış keçirmişik. Bu dərdli faciədə yaralanan şəxslərin hamısı müəyyənləşib. Üzülərək bildiririk ki, Minada baş verən faciədə vəfat edən iranlı zəvvarların sayı 464 nəfərdir. Ali Liderin ofisi və Həcc və Ziyarət təşkilatı bu əzizlərin vafatına görə matəm içindədirlər. Həlak olan hacıların ailələrin bir daha başsağlığı veririk və var gücümüzlə bu əzizlərin pak cənazələrinin tez bir zamanda ölkəyə qaytarılması üçün çalışırıq.” 
Qeyd edə ki, bundan öncə İranın həcc və ziyarət təşçkilatının sədri Səid Övhədi ölən iranlı zəvvarların sayının 239 nəfər, itkin düşən zəvvarların sayı 248, yaralıların sayının isə 27 nəfər olduğunu bildirmişdi. 
Xatırladaq ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 4173-dən artıq zəvvar ölüb, 2000-ə yaxın insan isə yaralanıb.  /
 
 

Google+ WhatsApp ok.ru