Minada baş verən faciədə ölən 29 iranlı zəvvar Səudiyyə Ərəbistanında dəfn olunub

Məkkədə – Minada baş verən faciəli hadisədə itkin düşmüş 65 iranlı zəvvardan 29 nəfərinin həlak olduğu və bu ölkədə dəfn olunduğunu aydınlaşdırmışıq. Trend-in məlumatına görə, bu barədə İranın "İRNA" agentliyi ölkənin Həcc və Ziyarət təşkilatının sədri Səid Övhədiyə istinadən məlumat verib.
S.Övhədi deyib ki, Səudiyyə Ərəbistanının ekspertiza idarəsi ölən zəvvarları dəfn etməmişdən öncə onlardan DNT analizi üçün dırnaq parçası və barmaq izi götürüb: “Dəfn olunan hacıların yerləri məlumdur”.
Onun sözlərinə görə, iranlı zəvvarlardan 36 nəfəri hələ də itkin düşüb və onların axtarışı davam etdirilir.
Qeyd edək ki, ölən iranlı zəvvarların sayının bundan öncə 465 nəfər, itkin düşən zəvvarların sayının 65, yaralıların sayının isə 17 nəfər olduğu elan olunmuşdu.
Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 24-də baş verən izdihamda 4000-dən artıq zəvvar ölüb, 2000-ə yaxın insan isə yaralanıb.  /
 

Google+ WhatsApp ok.ru