Mina dağındakı ölum faktları haqda Səudiyyənin açıqlaması şübhə altına düşür

Maide.az xəbər verir ki, “Associated Press” xəbər agentliynin hesablamalarına əsasən bu il Həcc ziyarəti zamanı Mina dağında yaşanan izdihamda ölənlərin sayının 1453 nəfərə çatdığını bildirirlər.  
 
Mənbələr bu rəqəmin rəsmi Səudiyyənin açıqlamalarında ifadə edilən rəqəmlərdən qat-qat çox olduğunu vurğulayırlar.  
 
“Associated Press”in hesablamaları əsasən 18 ölkənin rəsmi və ya dövlət media qurumlarının açıqladığı rəqəmlərə əsaslanır. Bu rəqəmlər Mina dağındakı faciə zamanı yalnız ölənləri əhatə edir. Yaralı və ya xəsarət alanlar bu sıraya daxil deyil.
 
Sentyabrın 25-də rəsmi açıqlama yayan Səudiyyə rəsmiləri hadisə zamanı 769 nəfərin həlak olduğunu, 934 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını iddia edirdilər. 
 
“Associated Press” Səudiyyə tərəfin yüzlərlə insanın itkin düşməsini söyləməsi  faktına əsaslanaraq ölənlərin sayının qeyri-müəyyən şəkildə artacağı barədə xəbərdarlıq edir.
 
Xatırladaq ki, Mina faciəsində ən çox vətəndaşını itirən İran isə Səudiyyənin baş verən faciənin miqyasını kiçiltdiyini və əslində ölənlərin sayının 4700-ə yaxın olduğunu bildirirlər. 

Google+ WhatsApp ok.ru