Mina hadisəsində həlak olan iranlıların sayı 131-ə çatıb

 Minada Şeytanı Daşlama mərasimindəki hadisədə həlak olan iranlıların sayı  131nəfərə çatıb, yaralıların sayı isə 60-dan çoxdur.  Bunu İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi deyib. 
Maide.az İranın Fars agentliyinə istinadən məlumat verir ki,  S. Övhədi deyib ki,  Minada baş verən qanlı hadisədə ümumilikdə 1300 nəfərdən çox zəvvar həlak olub ki, bu sayın 1500 nəfəri keçəcəyi də ehtimal olunur.
O deyib ki, hadisədə yaralananların sayı 2000 nəfəri keçib.
S.Övhədi  deyib ki, Səudiyyəlilərin məsuliyyətsizliyi və yanlış təşkilatçılığı Mina hadisəsinin əsas amilidir. 
İranın Həcc və Ziyarət Təşkilatının sədri əlavə edib ki Hadisə səudiyyəli məmurların koordinasiya olmadan Rəmy Cəmaratda bir istiqaməti bağlaması və zəvvarların 4 yerdə bir-biri ilə üz-üzə gəlməsinə görə baş verib.  /
 

Google+ WhatsApp ok.ru