Mina qurbanlarının ailələri Səudiyyə Ərəbistanı məhkəməyə verir

Malidə Minada baş verən faciə qurbanlarının ailələri  Səudiyyə Ərəbistanından beynəlxalq məhkəmə və təşkilatlara şikayət edir. 
 
Maide.az “The Associated Press”-ə istinadən məlumat verir ki, Mali respublikasından ötən il Minada baş verən faciədə ölən zəvvarların ailələrinin bir qrupu Səudiyyə Ərəbistanın bu hadisə qurbanlarına qarşı hərəkətlərinə etiraz olaraq bu ölkənin paytaxtı Bamakoda toplaşıblar. 
 
Mina faciəsi qurbanlarının ailələrinin vəkili Marsel Çkaldi deyib ki, hadisə qurbanlarının ailələri bu ölkənin 320 vətəndaşının Minada öldüyünü və Mali hökumətinin buna reaksiya verməməsinə də etiraz edirlər. 
 
“The Associated Press” yazır ki, Minada baş verən faciə zamanı ölkələrin rəsmi açıqlaması və KİV-lərin  məlumatına görə, 2426 nəfər həlak olub, lakin Səudiyyə Ərəbistan rəsmiləri faciədə ölənlərin sayının 769 nəfər olduğunu bildirir. /
 
 

Google+ WhatsApp ok.ru