Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb

Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb


Mingəçevir şəhərində bayram axşamı 8 nəfər pirotexniki vasitələrdən istifadə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Maide.Az bildirir ki , "Report"un Şirvan bürosu xəbər verir ki, hər bir yaralıya lazımi tibbi yardım göstərilib.

Ümumilikdə, şəhər ərazisində bayram günü yüzdən çox həkim çağırışı qeydə alınıb. Müraciətlər arasında 3faiz ürək, 11 faiz baş ağrıları, 12 faiz sinir, 2 faiz xərçəng xəstəliyi, 7 faiz respirator, 33 faiz təzyiq, 3 faiz mədə-bağırsaq və 4 faiz hərarətin qalxması kimi problemlər yer alıb.

Bundan əlavə, iki nəfər sakin bayram axşamı dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru