Mingəçevirdəki İES-in mühafizəçiləri: Bizə işdən çıxmağımız üçün təzyiqlər ediblər

Mingəçevirdəki İES-in mühafizəçiləri: Bizə işdən çıxmağımız üçün təzyiqlər ediblər

"Yeniavaz.com" saytı isə "Mingəçevirdəki İES-in mühafizəçiləri: Bizə işdən çıxmağımız üçün təzyiqlər ediblər" sərlövhəli məqalədə bu insanların işdən çxmaları üçün edilən təzyiqləri gündəmə gətirir.
 
Müəllifin sözlərinə görə, Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) mühafizəsini həyata keçirən işçilər kütləvi şəkildə işdən çıxarılıb.
 
Müəlif əlavə edir ki, bu barədə məlumat işdən çıxarılan işçilərin sosial şəbəkələrdə yayılan video müraciətində qeyd olunur.
 
Yayılan müraciətə görə, bu ilin iyun ayında "Azərenerji" ASC Hərbiləşmiş Mühafizə Dəstəsinin işçiləri olan və "Azərbaycan" İES-in mühafizəsini həyata keçirən 12 nəfər işdən azad edilib. Mühafizəçilər iddia edirlər ki, qanunsuz şəkildə işdən çıxarılıblar.
 
"Müəssisə rəhbəriyi işçilərə işdən çıxmaq barədə ərizə yazmağı təklif edib, əks halda  Əmək Məcəlləsinin "70 Ç" (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən işdən çıxarılacağımızı söyləyib".
 
Məsələ ilə bağlı "Azərenerji" ASC-dən deyilib ki, həmin şəxslər vəzifələrinin icrasında səhlənkarlığa yol veriblər, obyekt isə strateji əhəmiyyətli, taleyüklü xidmət sahəsidir.
 
"Strateji obyektlərin mühafizəsinin sayıqlığını yoxlamaq, təhlükəsizliyi yüksək səviyyədə təşkil etmək üçün mövcud vəziyyət nəzərə alınaraq şərti əməliyyat keçirilib. Bu əməkdaşlar isə nəinki şərti əməliyyata reaksiya verib, heç bundan xəbərləri olmayıb".

Google+ WhatsApp ok.ru