Mingəçevir İES-də baş vermiş qəza nəticəsində Azərbaycanın böyük hissəsi işıqsız qalıb

Mingəçevir İES-də baş vermiş qəza nəticəsində Azərbaycanın böyük hissəsi işıqsız qalıb

-- İyulun 3-də Bakı-Sumqayıt-Bakı qatarı ləğv edilib

 Gecəyarısına yaxın Mingəçevir İES-də baş vermiş qəza səbəbindən paytaxt, həmçinin Gəncə və Sumqayıt da daxil olmaqla, Azərbaycanın böyük hissəsi işıqsız qalıb.
 
"Azərenerji" Dövlət Şirkətinin bəyanatına görə, anomal isti səbəbindən Mingəçevir İES-də sistem avadanlığı sıradan çıxıb.
 
Səhərə yaxın Gəncə və ətraf rayonlara, Bakının böyük bir hissəsinə, Sumqayıt və ölkənin mərkəzi rayonlarına elektrik enerjisinin verilməsi bərpa edilib.
 
Enerji təchizatında fasilələrlə əlaqədar Bakı metropoliteninin "Avtovağzal-Memar Əcəmi-2" xəttində qatarların hərəkəti müvəqqəti dayanıb.
 
Bununla əlaqədar həmin marşrutda sərnişinlərin daşınması üçün avtobuslar ayrılıb.
 
Dəmir yolu marşrutlarında qatarların hərəkət qrafikində yubanmalar yaranıb.
 
İyulun 3-də Bakı-Sumqayıt-Bakı qatarı ləğv edilib.
 
"Azərsu" şirkəti bildirib ki, gecə Kürdə sutəmizləyici qurğuların dayandırılması ilə əlaqədar iyulun 3-də Bakının bəzi yerlərində su təchizatında fasilələr olacaq.
 

Google+ WhatsApp ok.ru