Mingəçevirdə üç uşaq qidadan zəhərlənib

Mingəçevirdə üç uşaq qidadan zəhərlənib

Qızdırma və qusma əlamətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının uşaq reanimasiyası şöbəsinə aparılan uşaqlara tibbi yardım göstərilib. 
 
APA-nın xəbərinə görə, hadisə şəhərin “Energetiklər” qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib.
 
Xocalı sakinləri - 2003-cü il təvəllüdlü Məmmədov Qəmbər Bəhruz oğlu və qardaşı 2005-ci il təvəllüdlü Fərid Məmmədov, habelə onların evinə qonaq gələn dayısı oğlu, Goranboy sakini 2013-cü il təvəllüdlü Hüseynov Raul Novruz oğlu yemək yedikdən sonra özlərini pis hiss ediblər.
 
Qızdırma və qusma əlamətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının uşaq reanimasiyası şöbəsinə aparılan uşaqlara tibbi yardım göstərilib. Onların qidadan zəhərləndiyi bildirilir. Hazırda xəstəxanada onların müalicəsi davam etdirilir.
 
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru