Minlərlə yəmənli Ənsarullah-a dəstək və xarici ölkələrin müdaxiləsinə qarşı aksiya keçiriblər – FOTO

Yəmən Ənsarullah Təşkilatının tərəfdarları Sədə və paytaxt Sənada möhtəşəm aksiya keçirərək Yəmən İnqilabına dəstək verdiklərini açıqlayıblar.
 
Maide.az xəbər verir ki, minlərlə aksiya iştirakçıları əllərində Ənsarullah təşkilatının rəhbəri Əbdül Məlik Əl-Husinin təsvirini tutaraq müxtəlif şüarlar səsləndiriblər.
 
Xalq vurğulayaraq bildirib ki, fəsadla mübarizədə İnqilabçı Xalq Komitəsinin bütün fikirləri ilə həmfikir olmağa davam edəcəklər.
 
İnqilab tərəfdarları ölkənin istefa vermiş sabiq pezidenti Mənsur Hadi ilə müxalifətçilk etdiklərini bir daha vurğulayıblar.
 
Yəmən xalqı aksiyada elan edərək bildirib ki, digər ölkələr Yəmənin daxili işlrinə dəxalət etmək əvəzinə, bu ölkədə yaşayan xalqın verdiyi qərarlara hörmətlə yanaşmaları daha doğru olar.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru