Minlərlə iraqlı Bağdadın Təhrir meydanına yürüş etdi

Minlərlə iraqlı Bağdadın Təhrir meydanına yürüş etdi

Ötən gün minlərlə iraqlı nümayişçi Bağdadın mərkəzindəki Təhrir meydanına yürüş edib.
 
Maide.Az "deyerler.org" istinadən xəbər verir ki, İraqdakı son hadisələrdən sonra nümayişçilər tələblərini səsləndirmək üçün yenidən Bağdadın əsas meydanına toplaşıblar.
 
Nisbi sakitlik İraqa qayıtsa da, ölkənin bəzi yerlərində hələ də mitinqlər davam edir.
 
Minlərlə iraqlı nümayişçi dinc nümayişləri dəstəkləmək üçün Təhrir meydanına gəliblər.
 
Dünəndən etibarən xeyli sayda iraqlı, nümayişlərin hər hansı bir zorakılıq və dağıntıdan uzaq olmasını, dövlət və özəl əmlaklarına zərər verməməsini və təhlükəsizlik qüvvələri ilə qarşıdurmaların olmamasında israr edən aksiyalara başlayıblar. Aksiyalarda səsləndirilən əsas şüar isə “Nə Səud, nə Amerika, nə də iğtişaş” olub.
 
 
 

Google+ WhatsApp ok.ru