Minlərlə adam Netanyahu əleyhinə aksiya keçirdi - Foto

Minlərlə adam Netanyahu əleyhinə aksiya keçirdi - Foto

Fələstinin işğal olunmuş ərazisində minlərlə adam  işğalçı rejimin Baş Naziri Binyamin Netanyahunun "COVID-19" ilə mübarizəni pis idarə etməsi və barəsindəki korrupsiya ittihamları səbəbilə etiraz aksiyaları keçirib.

"Qara bayraq hərəkatı" adlı qrup tərəfindən təşkil edilən aksiya Qərbi Qüdsdəki Baş Nazir iqamətgahı önündə başlayıb.

Burada toplaşan kütlə İsrail rejimi parlamentinə yürüş edib. Netanyahunu nəzərdə tutaraq, "cinayət baş naziri" yazılmış köynəklər geyinən etirazçılar tez tez "Bibi (Netanyahu) evinə qayıt" şüarları səsləndiriblər.

Polis, yürüş zamanı aksiya iştirakçılarının keçdiyi yolları bağlayıb.

Parlament qarşısındakı aksiyaya bəzi müxalif deputatlar da qoşulub. 

Xatırladaq ki, ötən həftə də Netanyahu əleyhinə aksiyalar təşkil olunmuşdu. /eastnews.org/

 

 

 

Google+ WhatsApp ok.ru