Minlərlə yəmənli Sənada Səudiyyə Ərəbistan rejimi əleyhinə etiraz aksiyası keçirib - VİDEO

Minlərlə yəmənli Sənada Səudiyyə Ərəbistan rejimi əleyhinə etiraz aksiyası keçirib - VİDEO

Yəməndə minlərlə insan Səudiyyə Ərəbistanın hava hücumlarına etiraz olaraq paytaxt Sənada genişmiqyaslı etiraz aksiyası keçirib. 
 
Maide.info xəbər verir ki, ötən gün təşkil olunan etiraz aksiyası “Münafiqlər, muzdlular və beşinci kalonla mübarizə” adı ilə təşkil olunub. Etirazçılar Səudiyyə rejim muzdlularının ölkədən çıxarılmasını tələb edib. 
 
Etirazçılar əllərində Yəmən bayrağı daşıyaraq ABŞ və Səudiyyə Ərəbistanının Yəməndə və bölgədə yürütdüyü siyasətləri pisləyib.
 
Yəmənli etirazçılar, həmçinin Yəmənin fərari prezidenti Mənsur Hadinin mühakimə olunmasını istəyib.
 
Yəmən İnsan Haqları Mərkəzi elan edib ki, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 12 min 40 nəfərdən çox yəmənli həyatını itirib. 20 mindən çox insan isə yaralanıb. Ümumilikdə 2 min 568 uşaq, min 870 qadın bu təcavüz nəticəsində həlak olub.   
 
Məlumata görə, həmçinin Səudiyyə Ərəbistnaın Yəmənə təcavüzü nəticəsində bu ölkədə 757 ev və bina dağıdılıb, 111 universitet, 271 zavod və 1520 körpü və yol sıradan çıxarılaraq məhv edilib. (presstv) /

Google+ WhatsApp ok.ru