Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər

Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər

-- Səfərdən məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ..

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıda rəsmilərlə görüşü fevralın 7-nə planlaşdırılıb.
 
Səfərdən məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.
 
Bundan sonra həmsədrlər Yerevana səfər edəcəklər.
 

Google+ WhatsApp ok.ru