Miqrantların vəziyyətləri ağırlaşır

Miqrantların vəziyyətləri ağırlaşır

“Bizimyolinfo.az” saytı  “Əmək miqrantlarının geri qayıtması fəlakətə çevrilə bilər" sərlövhəli məqalədə miqrant problemini mzakirəyə çıxarır.
 
Müəllifin deməsinə görə, Dünya Bankının prezidenti Devid Malpass pandemiyanın insanların hətta ruh hallarını belə iflic vəziyyətə saldığı indiki dövrdə 60 milyon insanım həddindən artıq yoxsulluq içində ola biləcəyini söyləyib.
 
Sayta açıqlama verən “Spektr” Araşdırma və İnkişaf Mərkəzi İdarə Heyətinin Sədri Ramil Abbasov deyir ki, əmək miqrantlarının vəziyyəti gərgindir.
 
Mərkəz rəhbərinin deməsinə görə, dünya üzrə miqrant işçi sayı 165 milyon nəfərdir, onların da böyük əksəriyyəti yuxarı gəlirli ölkələrdə çalışırlar.
 
R.Abbasov əlavə edir ki, hazırkı şəraitdə bəzi ölkələrin pandemiyadan əziyyət çəkən miqrant işçilərə kömək etmələri gözlənilir, bəzi ölkələr isə onları geri öz ölkələrinə göndərməyi düşünür.
 
“Spektr” rəhbəri deyir ki, 2019-cu ildə miqrantların pul köçürmələrinin rəsmi hissəsi 500 milyard dollar olub: “Qeyri-rəsmi olaraq göndərilən vəsait isə bundan daha artıqdır. Bir çox ölkələrdə bu məbləğ ÜDM-in 5%-dən 45%-ə qədər dəyişir. Dünya Bankının hesablamasına görə, 2020-ci il üçün bu vəsaitlərdə 100 milyard dollar (20%) azalma gözlənilir”.
 
Mərkəz rəbəri Azərbaycandan kənarda işləyən əhalinin çoxluğunu nəzərə alaraq bu prosesin ölkəyə böyük mənfi təsiri olacağını söyləyir: “Rəsmi olaraq Rusiya Mərkəzi Bankının məlumatına görə, hər il Azərbaycana fiziki şəxslərdən, Rusiyadan olan köçürmələr təqribən 1 milyard dollar olaraq ildən-ilə dəyişə bilir. Bunun 60-70%-i rezident, yerdə qalan məbləğ isə qeyri-rezidəntlərin payına düşür”,- iqtisadçı qeyd edib.

Google+ WhatsApp ok.ru