Miqrantları daşıyan gəmi batdı - İçində 100 nəfər olub

Miqrantları daşıyan gəmi batdı - İçində 100 nəfər olub

-- 14 nəfərin xilas edildiyi açıqlanıb...

Aralıq dənizində, Liviyanın paytaxtı Trablusun yaxınlığında miqrantları daşıyan kiçik gəmi batıb.
 
Maide.Az “Sabah”a istinadən xəbər verir ki, hadisə zamanı gəmidə 100 nəfər olub.
 
Liviya Sahil Təhülkəsizlik Xidməti 14 nəfərin xilas edildiyini açıqlayıb. Digərlərinin aqibətindən xəbər yoxdur.
 
Qeyd edək ki, Aralıq dənizi miqrantların Avropaya qeyri-qanuni yollarla qaçışı üçün ən çox istifadə etdiyi marşrutdur. Burada tez-tez bu tipli hadisələr baş verir.
 

Google+ WhatsApp ok.ru