Mir Cəlal küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Mir Cəlal küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli eletrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “APA-Economic”s verilən məlumata görə, bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.
 
“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”, deyə qurumun məlumatında deyilir.
 

Google+ WhatsApp ok.ru