Mirmahmud Mirəlioğlu: “İcazəsiz piketin belə keçirilməsi istisna olunmur”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların rəhbərlərinin noyabrın 19-a təyin etdiyi piketlə bağlı müraciətinə mənfi cavab verib. Məsələ ilə bağlı BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib ki, qurum müraciəti araşdırıb: “Müracətdə Sərbəst Toplaşmaq haqqında qanunun 5-ci maddəsinə cavab verilmədiyindən və 9-cu maddənin müvafiq bəndinə əsasən, planlaşdırılan piket məqsədəuyğun hesab edilməyib”. 
 
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən KXCP sədri Miramahmud Mirəlioğlu deyib ki, Zaur Ramazanov Azərbaycan qanunlarını yaxşı oxuya bilmir: “Bizə  Zaur Ramazanovun imzası ilə sənəd daxil olub. Biz Bakı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət edirik. Amma çox təəssüf olsun ki, cavab fərqli ünvandan gəlir. Düşünürəm ki, Zaur Ramazanov Azərbaycan qanunlarını yaxşı oxuya bilmir. Ola bilsin ki, ona məsləhət görürlər bu cür cavablar versin. O isə qanunları pozaraq cavab verir. Bu sənədi ciddi müzakirə edib dəyərləndirəcəyik. Hələ ki, bu sənəd tərəfimizdən müzakirəyə çıxarılmayıb. Hətta icazəsiz piketin belə keçirilməsi istisna olunmur. Amma təbii ki, müzakirə edilib müəyyən qərar veriləcək”. /

Google+ WhatsApp ok.ru