Mirqədirovu atasının 40 mərasiminə buraxmadılar

Maide.az-ın məlumatına görə, həbsdə olan jurnalist Rauf Mirqədirovun vəfat edən atasının "40" mərasimində iştirak etməsinə icazə veriliməyib. Bu barədə jurnalistin vəkili Fuad Ağayev sosial şəbəkədəki səhifəsində məlumat yazıb: “Bir neçə gün bundan əvvəl müstəntiq İbrahim Ləmbəranski ilə Rauf Mirqədirovun atasının 40 mərasiminə buraxılması barədə telefonla bir neçə dəfə danışdıq. Raufun bu günkü mərasimə gətirilməsi ilə bağlı hələ ötən həftənin əvvəli Baş Prokuror, Baş Prokurorun birinci müavini, Milli Təhlükəsizlik Naziri, müstəntiqə hələ ötən həftə ərizələrimiz göndərilmiş və çatdırılıb. İndicə müstəntiqə zəng vurub, Raufun hələ gətirilməməsini bildirdikdə, İ.Ləmbəranski söylədi ki, ona nə bizim məktublar verilib, nə də ki, göstəriş... Bu nə deməkdir?”.
 
Qeyd edək ki, bu gün Mirqədirovun atasının “40 mərasimi”dir.
 
Xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.

Google+ WhatsApp ok.ru