Mirvari Qəhrəmanlı: “Estakadadan dənizə düşən budkadakı işçilər yuxuda olub”

Mirvari Qəhrəmanlı: “Estakadadan dənizə düşən budkadakı işçilər yuxuda olub”

“Gecə saatlarında Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb”.
 
Bunu Deyerler.org-a məlumat verərkən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib. O qeyd edib ki, məsuliyyətsizliyin nəticəsi bu cür acı hadisələrə gətirib çıxardır: “Hadisə gecə vaxtında olduğu üçün işçilərin hamısı yuxuda olub. Elə o vəziyyətdə də budka dənizə düşüb. Təbii ki, cəzasızlıq mühitində bundan artıq heç nə gözləmək olmaz. Budkada 10 nəfər işçi olub. Aldığım ilkin məlumata görə, bir nəfərin cəsədi tapılıb. Tapılan işçinin kimliyi məlumdur, sadəcə ailəsinin xəbəri olmadığı üçün verə bilmərəm. İşçi “at yalı” qəsəbəsindəndir. Qalan 9 nəfər itkin düşüb. Bu məsələ ilə bağlı məsuliyyətin kimlərin üzərinə düşdüyü tez bir zamanda aydınlaşdırlmalıdır və tezliklə cəzasına çatmalıdır”.
 

Google+ WhatsApp ok.ru