Mis qablarda su içməyin 10 faydası

Mis qablarda su içməyin 10 faydası

Gün ərzində 2-3 litr su içməyin faydalı olduğunu hamımız bilirik. Ancaq suyu hansı qabdan içdiyimiz də böyük əhəmiyyət kəsb edir.
 
Kənd yerlərində suyu adətən mis qablarda saxlayırlar. Ancaq şəhər həyatında plastik qablardan istifadə adi hal alıb. 
 
Mis qablarda su içməyin bir sıra üstünlükləri var ki, Maide.İnfo həmin üstünlük və faydaları sizlərə təqdim edir: 
 
1. Beyin fəaliyyətinin stimullaşdırılması
Mis qabdan içilən su beyni hərəkətə gətirir. Beyninizdəki məlumat alış-verişini sürətləndirən mis daha sürətli və təsirli düşünməyinizi təmin edir. Bundan başqa mis beynin işini stimullaşdırır və darıxma hissinin yaranmasının qarşısını alır. 
 
2. Həzm sisteminin işinin yaxşılaşdırılması
Mis qabda saxlanılan su həzm sisteminin işini sürətləndirir. Mis bədənin ehtiyacı olmayan yağların orqanizmdə qalmasına mane olur. Həmçinin zərərli bakteriyaları öldürür, mədədə iltihabı azaldır. Mis, həmçinin qanı təmizləməklə mədə, qaraciyər və böyrəklərin işini tənzimləməyə kömək edir.
 
3. Çəkini azaldır 
Mis qablardan müntəzəm su içmək piylərin əriməsində orqanizmə kömək edir. Mis qabda saxlanılan su arıqlamağa da yardımçı olur. Nəticədə bədən daha çox kalori xərcləyir, yağ atır. Bunun sayəsində arıqlamağa daha asan olur. 
 
4. Yaraların sağalmasını sürətləndirir
Mis sümük və immunitet sistemini gücləndirir. Dəri sağlamlığı baxımından da təsirli olan mis sızanaq və qızarıqlıqların öhdəsindən gəlməyə qadirdir. Həmçinin, yeni hüceyrələrin meydana gəlməsi və dəri qatının yenilənməsi üçün də mis əvəzedilməz rol oynayır.
 
5. Yaşlanmanın sürətini azaldır 
Yaşlanmanın təsirlərini də mis qabda saxlanılan su ilə aradan qaldıra bilərsiniz. Bu su sizin təbii gənclik zərdabınız ola bilər. Olduqca güclü “anti-aging” və hüceyrə yeniləmə xüsusiyyəti olan mis qırışlara səbəb olan maddələrlə mübarizə apararaq daha gənc görünməyə kömək edir.
 
6. Ürək-damar sisteminin möhkəmləndirilməsi
Mis ürək xəstəlikləri riskini azaldır, qan təzyiqi tənzimləməyə kömək edir. Mis damar divarlarında xolesterinin çökməsinin qarşısını alır və damarları genişləndirir.
 
7. Xərçəng xəstəliyinə qarşı mübarizə
Mis antioksidant xüsusiyyətinə görə, xərçəngin səbəblərindən olan “pulsuz radikallar”la  mübarizə apramağa kömək edir. 
 
8. Qalxanabənzər vəzin (Tiroid) işini yaxşılaşdırır
Mütəxəssislər tiroid vəzində problem olan şəxslərin bədənində mis çatışmazlığı olduğunu bildirirlər. Mis qabda saxlanılan və mis stəkandan içilən su bədəni bu mineralla zənginləşdirərək tiroid vəzinin düzgün fəaliyyətini təmin edir.
 
9. Oynaqların iltihabı və artritlə mübarizə
Mis qabda saxlanılan suyun bədəndəki kirəclənmə və oynaq iltihablarına qarşı qoruyucu funksiya daşıdığı bildirilir. Misin tərkibindəki maddələr revmatizm və oynaq iltihablarından qaynaqlanan ağrıları sakitləşdirir.
 
10. Bakteriyaları öldürür
Mis bakteriyaları öldürən metallardan ibarət olduğundan suyu zərərli bakteriyalardan təmizləyir.
 
Qeyd edək ki, mis qablar suyu müsbət elektriklə yükləyir. Bu da bədənin daha sağlam olmasında rol oynayır. Su içilməzdən öncə 8 saat mis qabda saxlanılmalıdır. Çünki belə qablarda saxlanılan su heç vaxt korlanmır və təzəliyini qoruyur. Çünki su mislə təmas etdikdə mineralın xüsusiyyətlərini özünə çəkir və nəticədə minerallarla zənginləşdiyindən sağlamlıq üçün daha faydalı olur.
 
Həkimlər bildirir ki, sağlam bir həyat və gözəl bir bədən üçün səhərlər 1 stəkan mis qabda saxlanılan sudan içmək kifayətdir. (estet-portal.com) /

Google+ WhatsApp ok.ru